
SHOW ME THE BENEFITS
PLUGIN
Özəl aviasiya VİP müştərilər üçün nəzərdə tutulmuşdur. Bu, təkcə lüks və rahatlığa deyil, həm də məqsədlərinə tez bir zamanda nail olmağa, daimi uğurlu nəticə əldə etməyə, həmişə mükəmməllik axtarışına alışmış unikal bazar seqmenti, elit sinifdir. Fərdi uçuşlar gündəlik tələbata dönür, çünki belə səyyahlar bilirlər ki, oyun qaydalarını onlar seçir və bütün dünya onlara uyğunlaşır.
Beynəlxalq özəl aviasiya mərkəzi AVIAV TM (Cofrance SARL) 2007-ci ildən bəri VİP müştərilərlə işləyir. Biz əsas prinsipinizi yaxşı bilirik: yüz faiz azadlıq və müstəqillik. Bizimlə əməkdaşlıq etdiyində Siz olan təkliflərdən birini seçmirsiniz: yalnız sifarişinizdə istəklərinizi bildirirsiniz və biz onları yerinə yetiririk.
Оперативный заказ самолета
Şəxsi uçuşa ehtiyacınız var? AVIAV TM-də təyin edin! Aşağıdakıları bildirin:
- marşrut,
- səyyahətə çıxanların sayı,
- yola düşmənin tarixi və vaxtı,
- gediş və dönüş tarixi,
- təyyarənin modeli,
- salonun rəngi,
- gəmidə rahatlıq,
- təxmini çəki və baqaj xüsusiyyətləri.
Siz saytda istəklərinizi bildirərək sifariş yerləşdirə və ya menecerimizlə əlaqə saxlaya bilərsiniz. “Əlaqə” bölməsində ölkənizin birbaşa nömrəsini tapın və şirkətin nümayəndəsi ilə ana dilinizdə danışın.


Джеты на все случаи жизни Bütün hallar üçün cetlər
Sizin məqsədləriniz üçün xüsusi cetlər təqdim edirik. Müştərinin istəyi ilə salonu uçuş mövzusuna uyğun olaraq təşkil edirik, məs.:
- biznes uçuşu,
- əməkdaşların ezamiyyəti,
- biznes-müşavirə,
- toy mərasimi,
- ailə səyahəti,
- buludların üzərində bayram.
Uçuş zamanı nüfuzlu bir restorandan gətirilmiş nahar və ya axşam yeməyi verilir. Qulluğunuzda dünyanın istənilən mətbəxi hazırdır, yalnız menyunu müəyyən edin və eksklüziv içkilər seçin. Təmtəraqlı süfrə düzümü, təzə-tər güllər, sevimli musiqiniz – siz özünü çox rahat hiss edəcək və uçuşda əla istirahət edəcəksiniz.
Möhtəşəm limuzin və ya rahat biznes-sinif avtomobili sizi hava limanına aparacaq. Müştərilərimiz bütün səfər təşkilatını öz üzərinə götürən AVIAV TM (Cofrance SARL) şirkətinin “açar təslimi” müşayiətini seçirlər.
Çamadanlarınızı kimin daşıyacağı və ya hava limanında sizi kimin garşıyalacağı barədə düşünmək məcburiyyətində deyilsiniz. Nə vaxt, harada və kiminlə görüşmək lazım olduğunu söyləmək kifayətdir, qalanını biz edəcəyik!
VİP müştərilər niyə özəl aviasiyanı seçirlər
- Özəl təyyarələr adi aviaşirkətlərdən asılı olmayaraq uçur, onları həmişə irəli buraxırlar.
- Müştərilər bilet almaq üçün vaxt itirmirlər, bütün sərnişinlər üçün icarə prosesi ən çox 20 dəqiqə tutur.
- Aeroportda rəsmiyyətlər minimuma endirilir: yoxlama beş dəqiqə çəkir.
- Sərnişinlər üçün ayrı VİP-gözləmə zalı nəzərdə tutulmuşdur: rahat divan, zərif fincanda qəhvə – və buyurun təyyarəyə minin!
- Təyyarəyə qədər fərdi avtomobil verilir.
- Baqajın qablaşdırılmasına və yerləşdirilməsinə Cofrans SARL-dan uçuş nəzakətli müşayiət edəni qayğı göstərəcək.
- Siz içəri arzuladığınız hər şeyi götürə bilərsiniz: şampan şərabı, brilyantlar, hava balonu, sevdiyiniz pudeli, ərik ağacını –müştərilərimiz üçün məhdudiyyət yoxdur.
- İçəridə istədiyiniz hər şey olacaq: yataq otağı, vanna otağı, böyük ekran, internetə çıxışı olan duş, kosmosa çıxmaq üçün lyuk… Əsas odur ki rahat səyahət üçün lazım olacaq hər şey barəsində AVIAV TM menecerinə xəbər verəsiniz.
- Uçuşu yalnız stüardessa deyil, həm də dayə, işgüzar köməkçi, mürəbbi, həkim, bələdçi, kouç müşayiət edə bilər – biz lazım olan mütəxəssisi verəcəyik.
- Müştərinin istəyi ilə bütün səyahət boyu yanında mühafizəçilər olacaq.
- Sizi gəliş aeroportunda qarşılayacaqlar və bir anda seçdiyiniz otelə və ya xüsusi evə aparacaqlar.
- Müştərinin istəyi ilə Cofrance SARL evin kirayəsinə və ya mehmanxanada nömrənin sifariş edilməsinə kömək edir. Gəlmə yerində qapıçı-xidmət verilir, asudə vaxt və işgüzar tədbirlər təşkil olunur.
Hər bir reys sənədlərin rəsmiləşdirilməsini tələb edir:
- vizaların,
- tibbi sığortaların,
- uşaqlar üçün pasportların,
- gömrük bəyannamələrinin,
- heyvanlar üçün arayışlar,
- qiymətli şeylər sertifikatlarının.
- reysə icazələrin və
- bir çox başqalarının.

AVIAV TM (Cofrance SARL) hüquqşünasları bütün çətinlikləri öz üzərinə götürürlər, müştərilər üçün kağızları araşdırıb qaydasına salmaq ehtiyacı qalmır.
Ucuz reyslər
Çox vaxt müştərilər özəl təyyarələri yalnız uçuşlar üçün icarəyə götürürlər. Onlar belə hesab edirlər ki, hava gəmisi bir nəqliyyat vasitəsidir. AVIAV TM, Empty Legs (Boş reys) sistemi daxil olmaqla, aşağı qiymətli xüsusi uçuş variantlarını təmin etməyə hazırdır.
Gərəksiz əlavə xidmətlərindən imtina etmək, sadə bir daxili təchizat seçmək və sakitçə bir neçə saat istirahət etmək asandır. Bu variant qısa uçuşlar üçün, işçiləri işgüzar səfərə göndərmək və ya səmərəlicəsinə qənaət etməyə qərar verənlər üçün idealdır. Biz müştərilərin qayğılarını anlayırıq!

Uçuşların təhlükəsizliyi
Təyyarənin hər bir sərnişinini birinci növbədə təhlükəsizlik məsələləri narahat edir. AVIAV TM (Cofrance SARL) 5 ildir uçuş qorunmasını təmin etmə sahəsində dünya lideri olmaqda davam edən Wyvern Ltd. beynəlxalq təşkilatının üzvüdür. Bundan başqa, 6 ildir ARGUS International-da çox səviyyəli auditlər keçiririk ki, bu da müştərilərin inamını artırır və bizə təkrar-təkrar müraciət etməyə vadar edir.
Avinode beynəlxalq çarter şəbəkəsi uçuşların hüquqi normalarını yaxından izləyən başqa daimi partnyorumuzdur. EBAA (Avropa Biznes Aviasiya Assosiasiyası) və NBAA (Milli Biznes Aviasiya Assosiasiyası) beynəlxalq uçuş birliklərinə üzv olmaq şirkətin nüfuzunu artırır və dünya bazarının liderləri ilə bərabər səviyyəyə qaldırır.
Hər bir təyyarə uçuşdan əvvəl dəqiq yoxlamana keçirilir. Cetlərin özəl sahibləri onların mükəmməl vəziyyətdə olmasını təmin edirlər. Uçuş qrupu hər il ixtisas dərəcəsini təsdiqləyir. 12 ildir təyyarə bir dəfə də olsun məcburi eniş etməmişdir, daha ciddi hadisələr kənarda qalsın.
AVIAV TM (Cofrance SARL) rəqəmlərdə
- 2007-ci ildən bəri işləyirik.
- 117 ölkədə nümayəndəliklərimiz var.
- 34 dildə danışırıq.
- 150 min təyyarə bazasından istifadə etmək imkanı.
- Dünyanın 6 hissəsində çalışırıq.
- 2017-ci ildə biznes uçuşları lideri.
- 24 saat ərzində əlaqə.
- Dünyada 719 hava limanı ilə əməkdaşlıq edirik.
Hər hansı sualınız qalıb? Onları həmən indi verin!
Şəxsi təyyarə lazımdır? Dərhal sifariş edin!
