Heyvanların sərgilərə hava ilə daşınması

Əsl cins heyvanlarını sərgilərə aparmaq hər bir sahibin vacib vəzifəsidir. Yalnız orada ekspertlərin yüksək qiymətlərini almaq, layiqli mükafatlar qazanmaq, nəslin reproduksiyası üçün layiqli partnyor tapmaq, elit növlərin sahibləri ilə tanış olmaq mümkündür.

Lakin heyvanı başqa şəhərə və ya ölkəyə aparmaq əsl problemdir, axı aviaşirkətlər nadir hallarda ev heyvanlarını salona qətirməyə icazə verirlər, hətta əgər söhbət pişik və ya it haqqında gedirsə. Yük bölməsi və qəfəs çox bahalı cinslər üçün aşağıdakı səbəblərdən uyğun olmayan variantlardır:

  1. qaranlıq bürkülü yerdə heyvan qorxacaq,
  2. ev heyvanı sahibindən ayrıldığı üçün mütəəssir olacaq, çünki bunun qısa bir müddət üçün olduğunu anlamayacaq,
  3. həyacandan onun qızdırması qalxa və ya sağlamlıqla bağlı başqa problemləri yarana bilər, hətta ürək partlaması baş verə bilər,
  4. ümidsizliyə qapılan heyvan özünü qəfəsin divarlarına vurmağa və sürtünməyə başlayacaq ki, bu da onun zahiri görünüşünə düzəldilməsi mümkün olmayan xələl gətirəcək,
  5. güclü stresdən sonra heyvan komandaları unudacaq və ya onları ləng və həvəssiz yerinə yetirəcək,
  6. heyvana heç kim su və yemək verməyəcək, bu da onun üçün əzablı olacaq.

Sərgilərə pişiklərdən və itlərdən başqa digər ev heyvanlarını aparıla bilər:

  • çox gözəl atlar
  • cins donuzlar
  • nadir keçilər
  • unikal inəklər
  • müxtəlif növ gəmiricilər
  • ekzotik heyvanlar, məsələn, zəhərli ilanlar və ya qiymətli hörümçəklər.

Hətta şüşə qabda həşəratın daşınması aviaşirkətdə böyük sayda suallar doğuracaq və çoxsaylı arayışların və icazələrin rəsmiləşdirilməsini tələb edəcək. Bəs əgər qıvraq ərəb çapağanı üçün uçuş lazım olsa, necə olacaq?

Şəxsi təyyarəni seçmək üçün səbəblər

Mütəxəssislər belə hallarda özəl təyyarə kirayələməyi məsləhət görürlər. Bu, heyvanın təmtəraqlı görünüşünü və şənliyini qoruyaraq rahat mühitdə sərgiyə qədər tez çatdırmağın tək mümkün variantıdır.

Heyvanların sahiblərinin müşayiəti ilə hava ilə daşınması üçün özəl təyyarələr AVIAV TM (Cofrance SARL) işgüzar aviasiyasının beynəlxalq mərkəzi vasitəsilə sifariş etmək olar. Əməkdaşların belə uçuşların keçirilməsində onillik təcrübəsi var, buna görə səyahət “açar təslimi” təşkil ediləcək. Aşağıdakılar mütəxəssislərin səlahiyyətindədir:

  • heyvanlar üçün sənədlərin rəsmiləşdirilməsi: pasport, baytarlıq arayışı, aparılması üçün icazə və s.,
  • müşayiət edən şəxslər üçün sənədlərin rəsmiləşdirilməsi: vizalar, tibbi sığorta,
  • lazımi formatda təyyarənin icarəsi
  • heyvanın fərdi xüsusiyyətlərini nəzərə alaraq bu cins üçün mükəmməl şəraitin təmin edilməsi,
  • lazımi peşəkarın – qrumerin, baytarın, heyvan üçün dayənin müşayiətinin təşkil edilməsi,
  • avtomobildə aeroportdan operativ və rahat transfer,
  • xaricdə rahat ev axtarmaqda kömək,
  • qidalanmanın, gəzintilərin, asudə vaxtın təşkil edilməsi.

Uçuşların coğrafiyasında məhdudiyyətlər mövcud deyil. Cofrans SARL göstərilən marşrut üzrə təyyarə verəcək, hətta adi aviaşirkətlərin cədvəlində olmasa belə. Əsas odur ki, göndərmə və təyinat məntəqəsində aeroport olsun.

İri heyvanların göndərilməsi zamanı yük təyyarəsinin icarəsi və içəridə mükəmməl şəraitin təşkili məqsədəuyğundur. At və ya inək rahat geniş yerdə olacaq, heyvan uzana, bir neçə addım edə, yeyə, yata və ya müşayiət edən şəxslə ünsiyyətdə ola biləcək. Uçuş zamanı ona mükəmməl qulluq ediləcək, istəkdən asılı olaraq sahib həmçinin yanında ola bilər.

Kiçik heyvanların daşınmasında özəl təyyarə sifarişinin üstünlükləri

  1. Heyvan sahibindən ayrılmır və özünü rahat hiss edir.
  2. Sahibi sevimli heyvanı üçün narahatçılıq keçirmir.
  3. Əsas əmrləri təkrarlamaq imkanı var.
  4. Uçuşda xarici görünüşünü hazırlamaq üçün imkan verilir: qrumer və zoostilist xidmətləri (çimizdirmə, qurutma, tük kəsimi, tük düzümü).
  5. Təlimçinin müşayiəti təqdirəlayiqdir, heyvan ondan ayrılmır, və bu hər ikisi üçün faydalıdır.
  6. Şəxsi təyyarədə həm heyvan, həm də sahibi üçün lazımi yemək sifariş etmək olar.
  7. Sahibinin özü istəmədiyi halda heyvanın qəfəs və ya konteyner lazım deyil.
  8. Rahat bir atmosfer bütün sərnişinlərə istirahət etməyə, rahatlamağa, yatmağa, oynamağa, uçuşdan zövq almağa imkan verir.
  9. Heyvan üçün lazımi aksessuarları yerləşdirmək asandır, bu adi uçuşda bir çox suallara səbəb olacaqdır.
  10. Heyvana nümayiş üçün kostyum lazımdırsa, onu heç bir büzməsi əzilmədən şkafda asılqana yerləşdirmək olar.
  11. Bu həm də sahibinin və təlimçinin paltarlarına aiddir.
  12. Uçuşdan sonra yaxşı əhval-ruhiyyə və gözəl görünüşə zəmanət verilir.

Sərgiyə özəl uçuş sifariş etmək üçün, bu saytda sifariş yerləşdirmək kifayətdir. Beynəlxalq Biznes Aviasiya Mərkəzi AVIAV TM (Cofrance SARL) bütün səyyahların istəklərinə əsasən təyyarə kirayə etməyə kömək edəcəkdir. 117 ölkədə nümayəndəliklərə malik olaraq, biz müştərilərə dünyanın hər hansı bir nöqtəsində birbaşa əlaqə nömrələri və operativ dəstək təqdim edirik.

Sərgi diqqətli hazırlıq tələb edən məsuliyyətli bir tədbirdir. Sahibi və onun istəkli heyvanı üçün həyacan keçirmək yolverilməzdir. Heyvanın əla əhval-ruhiyyəsinin və mükəmməl görünüşünün olması zəruridir.

AVIAV TM (Cofrance SARL) vasitəsilə səyahətin təşkili müsabiqələrdə qalib gəlmək və layiqli mükafatlar qazanmaq üçün özünüzü rahat və əmin hiss etməyə imkan verəcək.