Warning: "continue 2" targeting switch is equivalent to "break 2". Did you mean to use "continue 3"? in /home/avia01/jet.voyage/www/wp-content/plugins/revslider/includes/operations.class.php on line 2858

Warning: "continue 2" targeting switch is equivalent to "break 2". Did you mean to use "continue 3"? in /home/avia01/jet.voyage/www/wp-content/plugins/revslider/includes/operations.class.php on line 2862
Məhdud fiziki imkanlı insanlar üçün xüsusi uçuş - Private Jet Voyage - VIP Travel - Перелеты на ВИП Джетах

Məhdud fiziki imkanlı insanlar üçün xüsusi uçuş

Maliyyə imkanlar olduqda, məhdud fiziki imkanlı insanlar olan insanların və yaxınlarının əksəriyyəti səyahət üçün xüsusi təyyarə icarəyə götürməyi üstün tuturlar. Bu nə vaxt lazım olur?

  • başqa şəhərə adi səyahət etdikdə,
  • dəniz və ya dağ kurortuna səyahət edərkən,
  • turist və ya həcc ziyarəti üçün,
  • başqa şəhərdə müalicə üçün,
  • nüfuzlu tibb mərkəzində reabilitasiya üçün,
  • vəziyyətin pisləşməsi zamanı təcili hava yardımının tez çağırılması.

Məqsəd nə olursa olsun, fəaliyyət istiqamətlərindən biri məhdud fiziki imkanlı insanların hava ilə daşınması olan AVIAV TM (Cofrance SARL) beynəlxalq aviasiya mərkəzi vasitəsilə özəl təyyarə sifariş etmək əlverişlidir.

Təyyarə sifariş etmək üçün, bu saytda sifariş yerləşdirməli və ya aşağıdakı məlumatları təqdim edərək, menecerlə əlverişli üsulla əlaqə saxlamalısınız:

  • səyahət marşrutu
  • gediş-dönüş tarixləri
  • məhdud fiziki imkanlı insanın diaqnozu və vəziyyəti,
  • baqajın təxmini çəkisi və ölçüləri
  • xüsusi sidik qabının lazım olunub-olunmaması
  • müşayiət edən şəxslərin sayı

AVIAV TM müştəriləri səyahəti əvvəldən axıra kimi təşkil edən, əlaqədar məsələləri həll edən, həmişə əlaqədə və yardım etməyə hazır olan şəxsi uçuş meneceri ilə təmin olunur.

Niyə adi reyslə səyahət etmək çətindir?

Bütün aviaşirkətlər məhdud fiziki imkanlı şəxsləri gəbul edirlər, lakin bu cür sərnişinlər müvafiq səviyyədə komfortla təmin olunmur.

  • dar kresloda oturmaq səyyah üçün rahatsızlıq yaradır, o, bürkü və darısqallıqdan əzab çəkir,
  • salonda əlil arabasında hərəkət etmək imkanı yoxdur,
  • tualetə getmək problemi meydana gəlir,
  • təyyarəyə pəhriz qidasını götürmək, adət edilmiş dərmanlardan istifadə etmək mümkün olmayacaq,
  • maraqlanların baxışlarından yaranan psixoloji naraqatlıq,
  • salona birinci olaraq girmək və sonuncu olaraq çıxmaq məcburiyyəti,
  • səfər hər addım başı naraqatlıqlarla bağlıdır,
  • adi reyslə yol getmək yataq xəstələrinin həyatı üçün təhlükəlidir,
  • bələdçi iti təyyarəyə götürmək mümkün olmayacaq,
  • onun baqaj bölməsində daşınması tez-tez problemlər yaradır.

Bunlar məhdud fiziki imkanlı insanlara və yaxınlarına yaxşı tanış olan yalnız bəzi çətinliklərdir. Bəzən bu çətinliklər səfərdən imtina etməyə səbəb olur. Bunun qarşısını almaq üçün AVIAV TM vasitəsilə fərdi uçuş sifariş etmək və rahat, xoş mühitdə həkim və yaxınların müşayiəti ilə uçmaq lazımdır.

Şəxsi təyyarə seçməyin səbəbləri

  1. AVIAV TM (Cofrance SARL) əməkdaşları məhdud fiziki imkanlı insanların uçuşlarda qarşılaşdığı çətinliklərdən yaxşı xəbərdardırlar və səyahətin hər bir nüansını düşünürlər.
  2. Sərnişin özü salonun təchizatını seçir. Bu, əlil arabasını tərk etməyi tələb etməyən geniş cet, və ya rahat açılıb-bükülən oturacaq yerləri olan komfortlu təyyarə, və ya reanimasiya avadanlığı olan xüsusi sanitar təyyarəsi ola bilər.
  3. Sanitar hava gəmiləri xəstənin ağır vəziyyəti və ya yataq xəstələrinin nəqli zamanı seçilir. Belə bir uçuş mütləq zəruri kömək göstərməyə hazır olan həkim tərəfindən müşayiət olunur. Sanitar briqadasının sərəncamında lazımi yardım vasitələri, xüsusilə, arabalar, xərəklər, kreslolar və s. İstədiyinizdə, asanlıqla adi xüsusi reysdə səyyahın vəziyyətinə nəzarət etmək üçün həkim dəvət edə bilərsiniz.
  4. Təyyarədə zəruri yeməklər və dərman sifariş edə biləcəklər.
  5. Lazım gəldikdə salonda asanlıqla gigiyenik prosedurları həyata keçirmək olar: bunun üçün duşu və ya vannası olan cet sifariş etmək kifayətdir.
  6. Kofrans SARL, xəstənin vəziyyəti tələb edərsə, geniş avtomobildə və ya reanimasiya avtomobilində hava limanına və ya hava limanından rahat transfer təmin edəcəkdir.
  7. Şirkətin hüquqşünasları viza, tibbi sığorta, gömrük bəyannamələri kimi sənədlərin rəsmilədirilməsini öz üzərinə götürürlər.
  8. Lazım olduqda, mütəxəssislər tibbi yardım üçün lazımi klinika ilə müqavilə bağlamağa, eləcə də seçdiyiniz yerdə rahat oteldə və ya xüsusi evdə qalmanızı təşkil etməyə kömək edəcəklər.
  9. Müştərilərə nikbin əhval-ruhiyyə saxlamağa kömək edən və ortaya çıxan məsələləri operativ şəkildə həll edən heyət təqdim olunur.
  10. Salona problemsiz olaraq bələdçi iti götürmək olar, AVIAV TM (Cofrance SARL) mütəxəssisləri isə zəruri sənədlərin düzgün tərtib olunmasına yardım edəcəklər.

AVIAV TM (Cofrance SARL) səyahətin bütün mərhələlərinə görə məsuliyyət daşıyır!

Məhdud fiziki imkanlı insanlar uçuşda stress və həyəcan keçirməməlidirlər. Səyahət etmək istəyirsinizsə, özünüzü bu zövqdən məhrum etməyə dəyməz, sadəcə uçuşun xoş və rahat bir atmosferdə keçməsinin qeydinə qalmaq lazımdır. Üstəlik, pasiyentin vəziyyəti bunu tələb edirsə, müalicə və ya reabilitasiya üçün getmək lazımdır.

AVIAV TM (Cofrance SARL) şirkəti, sərnişin sağlamlığının bütün nüanslarını nəzərə alaraq xüsusi uçuş təşkil etməyə yardım edəcək və müşayiət edən şəxslərə qayğı göstərəcəkdir. Bu səfər sizə sevinc gətirəcək və təyinat yerinə əla əhval-ruhiyyə içində gəlməyə imkan yaradacaq.